Bakıda keçmiş məhkumdan NARKOTİK GÖTÜRÜLDÜ
    • 26-12-2019, 13:13
    • 814

Bakıda keçmiş məhkumdan NARKOTİK GÖTÜRÜLDÜ

Bakıda keçmiş məhkumdan narkotik və xarici valyuta götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş V.Cavadov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək tutulub. 

Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150.000 İİR rialı aşkar edilərək götürülüb.