-
- 28-02-2020, 17:22
- 655
Mətbuat Şurası müsabiqə ELAN EDİR
Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanlarının hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir.
Mətbuat Şurasından News24.az-a verilən Bu sahədə islahatlar ötən il müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçərək, ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm “yol xəritəsi” olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ötən dövrdə ardıcıl tədbirlər görülüb. Cari ilin aprelində Fərmanın qəbulunun bir ili tamam olur.
Bununla əlaqədar Ədliyyə Nazirliyi və Mətbuat Şurası tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatların, o cümlədən 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrdə dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda birgə jurnalist araşdırmaları müsabiqəsi elan olunur.
Martın 1-dən 30-dək davam edəcək müsabiqə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında keçirilir.
Müsabiqənin istiqamətləndirici mövzuları
• Ölkənin hərtərəfli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticələrinin ictimai əhəmiyyəti;
• Məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının, qanunçuluq, ədalətlilik və şəffaflıq prinsiplərinin təmin olunması;
• Vətəndaşların məhkəmələrə müraciət imkanlarının və ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər;
• Məhkəmə-Hüquq Şurasının müstəqil məhkəmə özünüidarə orqanı kimi fəaliyyəti;
• Məhkəmə sistemində yeniliklərin tətbiqi, dünya praktikası, nailiyyətlər və gələcək perspektivlər.
Mükafatlandırma
Qeyd olunan istiqamətlər üzrə müsabiqəyə təqdim olunmuş yazı və digər materialların müəllifləri aşağıdakı formada mükafatlandırılacaqdır:
I yer – 1 nəfər - 1.000 manat
II yer – 2 nəfər - 600 manat
III yer – 2 nəfər - 400 manat
Əlavə 5 nəfərə isə həvəsləndirici mükafatlar veriləcəkdir.
Müsabiqədə iştirakla bağlı şərtlər
Müsabiqəyə:
• Qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilən video-materiallar, radiolarda səsləndirilən audio-materiallar qəbul olunur.
• Yazı 8 min kompüter işarəsindən az, 10 min işarədən (1 A3 formatlı qəzet vərəqində) çox olmamalıdır;
• Televiziya və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.
• Müsabiqəyə təqdim olunan yazı, TV və radio materiallarında "Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür" qeydi olmalıdır.
Müsabiqəyə təqdim olunmuş materiallarda üstünlük veriləcək:
• Materialın istiqamətləndirici mövzulara uyğun dolğun əhatə etmə səviyyəsinə;
• Analitik keyfiyyətlərə və faktlardan düzgün istifadə xüsusiyyətlərinə;
• Orijinal araşdırmaya, bir neçə mənbəyə istinad edilməsinə, faktların təqdimatı zamanı mənbələrin göstərilməsinə;
• Yazının dil və üslub xüsusiyyətlərinə, ifadə vasitələrinin zənginliyinə;
• Oxucu üçün informasiyalılıq dərəcəsinə;
• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Qeyd: Müsabiqədə iştirak edənlər konkret kütləvi informasiya vasitəsində ən azı bir il müddətində fasiləsiz çalışmalı, təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.
Materialların təqdim edilməsi
Müsabiqə üçün materiallar martın 1-dən 30-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına (Ünvan: Bakı şəhəri, Məmməd Araz, 4 (əvvəlki Teymur Əliyev, 38) şəxsən aşağıdakı formada təqdim olunmalıdır:
• Yazının dərc olunduğu mətbuat orqanı (qəzet və ya jurnal) - 1 nüsxə;
• Yazı elektron variantda (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə və çap variantda (A4 formatda) - 3 nüsxə;
• Yazı onlayn media resursunda dərc olunubsa, surəti (A4 formatda, linki göstərilməklə) - 3 nüsxə;
• Süjetin televiziyada yayımlanmasına dair material (DVD diskdə) - 1 nüsxə;
• Süjetin radioda yayımlanmasına dair material (DVD diskdə) - 1 nüsxə.
Materiallara əlavə olunmalıdır:
• Şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
• Şəxsiyyət vəsiqəsinin surəti;
• VÖEN və Bank rekvizitlərinin surəti
• Əlaqə vasitələri (ev, iş, mobil telefonları).
Bildirilir ki, müsabiqə şərtlərinin hər hansı biri yerinə yetirilmədiyi halda yazı və ya süjet müsabiqəyə buraxılmır. Ətraflı məlumat üçün (012) 441 35 30, (050) 242 09 91, (012) 565 15 15 telefonları vasitəsilə məlumat almaq olar.