“Lotos” Ticarət Mərkəzinin yaxınlığında güclü yanğın - VİDEO
    • 28-02-2020, 17:38
    • 815

“Lotos” Ticarət Mərkəzinin yaxınlığında güclü yanğın - VİDEO

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib.

Verilən məlumata görə, hadisə Nizami rayonunda, “Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.
Ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.