-
- 8-07-2018, 10:51
- 4 734
Nura Suri və Roza Zərgərlinin övladlığa uşaq götürmək - QALMAQALI
Müğənnilər Nura Suri və Roza Zərgərli arasında qalmaqal baş verib.
Belə ki, Nura Surinin "Kitab yazacağımı dedim, bir də gördüm ki,hansısa müğənni artıq kitab yazıb. Övladlığa uşaq götürəcəyimi dedim hamı dediyimi etdi. Bəsdirin!" sözləri həmkarını özündən çıxarıb.
R.Zərgərli ilk olaraq kitab yazmaq məsələsinə toxunaraq bunları deyib:
"Nura kitab yazıbsa təqdim edərdi. Birinci edən deyil, təqdim edən sayılır. Əgər üzə çıxmayıbsa deməli bu onun tənbəlliyidir. Bir layihənin üzərində çaılşan insan onu üzə çıxarmalıdır. Mən günlərlə o kitabın üzərində çalışmışam. Deməli mən əziyyət çəkən biriyəm.
Onu da deyim ki, önəmli olan ilk yox, keyfiyyətli olmasıdır. Nura xanım kitab təqdimatına məni də dəvət etsin və aldığım rəylərin 20 faizini aldın ondan sonra qoy 1-ci olsun".
R.Zərgəli növbəti kitabı haqda da danışıb:
"Bildiyiniz kimi, 2 oğul övladım var. Onların hər ikisinin də anası dünyasını dəyişib. Ana mövzusu mənim üçün çox həssas olduğuna görə bu kitabı onların anası Leyla xanıma həsr edirəm. Adını isə "Leylisiz Məcnun" qoymuşam".
Roza Zərgərli övladlığa uşaq götürmək mövzusunda əsəblərini cilovlaya bilməyib:
"Nura xanım hələ ailə qurmamışdı və övladıda yox idi. Mən isə artıq övladlığa uşaq götürmüşdüm. Deyəsən məlumatı azdır. Əgər Nura xanıma baxıb övlad götürürəmsə gərək özümü asam. Bunu etmək üçün onun mənim qədər ürəyi və cəsarəti olmalıdır. Danışığına, fikrinə, zikrinə sərhəd qoysun. Nura Rozadan çox şey öyrənə bilər. Çünki Rozanın keçmiş işçisi Nuranın agenti idi. Ona görə də otursun yerində, ağıllı olsun".
Teymur Məmmədov
//Xəzər Maqazin