“Fendi” koronavirusa görə yeni maska satışa çıxardı
    • 29-02-2020, 22:37
    • 3 326

“Fendi” koronavirusa görə yeni maska satışa çıxardı

İtaliyada “Fendi” brendinin tibbi maskaları satışa çıxarılıb.


News24.az xəbər verir ki, “Open” xəbər portalının məlumatına görə, tibbi maskalar onlayn saytlarının birində satışa qoyulub. Qiyməti 190 avro (355 AZN) olan tibbi maskalar 100% ipəkdən hazırlanıb.


“Bu cür maskalar bir neçə il əvvəl, xüsusilə Asiyada dəb olduğu üçün istifadə edilib. İndi isə onu koronavirusdan qorunmaq üçün alırlar. Amma bu maskalar koronavirusdan qorumur”, - deyə “Fendi”nin təmsilçisi bildirib.


Buna baxmayaraq, əhalini narahat edən çaxnaşma bu məhsulu belə baha qiymətə almağı dayandırmayıb. İstehlakçı birliklərindən verilən məlumata görə, bir həftə ərzində tibbi maskalara tələbat 400% artıb. Bununla əlaqədar, apteklərdə maskanın qiyməti 2 avroya (3.7376 AZN), əldən satışda isə 10 avroya (18.688 AZN) qədər artıb. 


Bəzi onlayn mağazalarda çatışmazlıq səbəbindən maskaların qiyməti 70 avroya (130.816 AZN) da çatıb. İtaliya Prokurorluğu bazardakı vəziyyətlə əlaqədar araşdırmalara başlayıb.


Qeyd edək ki, İtaliyada koronavirusdan 21 nəfər ölüb.