-
- 1-03-2020, 13:03
- 1 316
Azərbaycanda koronavirusa yoluxan xəstələrin -Ən son vəziyyəti
“Azərbaycanda koronavirus aşkarlanmış üç xəstənin vəziyyətində ağırlaşma yoxdur”.
News24.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O qeyd edib ki, hazırda xəstələrin vəziyyəti stabildir.
TƏBİB rəsmisinin sözlərinə görə, koronavirusa yoluxan yeni xəstə yoxdur.
Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.
Digər şəxslərdən biri 17 iyul 1973-cü iı təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs bir gün Tehranda, üç gün isə Təbrizdə səfərdə olub.
29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.