“Holiday İnn Baku” hotelində qalan beş iranlı koronavirusa görə xəstəxanaya yerləşdirildi
    • 1-03-2020, 15:35
    • 1 368

“Holiday İnn Baku” hotelində qalan beş iranlı koronavirusa görə xəstəxanaya yerləşdirildi


Bakıda koronavirus şübhəsi ilə hotel müştəriləri xəstəxanaya yerləşdirilib.


News24.az “Report”a istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən “Holiday İnn Baku” hotelində müştəri olan İran İslam Respublikasının beş vətəndaşı həkim nəzarətinə götürülüb.


TƏBİB-dən bildirilib ki, onlar 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altındadırlar.