Ermənistandan "Eurovision" təmsilçimizə - GÖZLƏNİLMƏZ RƏY - FOTO
    • 2-03-2020, 16:26
    • 1 136

Ermənistandan "Eurovision" təmsilçimizə - GÖZLƏNİLMƏZ RƏY - FOTO

Azərbaycanı bu il "Eurovision"da təmsil edəcək müğənni Samirə Əfəndiyə gözlənilməz dəstək gəlib.

News24.az xəbər verir ki, müsabiqənin rəsmi "İnstagram" səhifəsində paylaşılan Əfəndinin fotosunun altında bədnam qonşularımız da rəy yazıblar. "armeniaineurovision_" adlı profildən "Wow! Godd Luck from Armenia" yəni "Vauu! Ermənistandan uğurlar" şərhi yazılıb.

Qeyd edək ki, illər öncə Ermənistan sözügedən müsabiqədə ölkəmizə səsvermədə xal verib.

Sevda Bayramova