-
- 28-02-2020, 12:54
- 1 674
"Avropada musiqimizlə səs salmaq üçün tam gücümlə çalışacağam" - SAMİRƏ ƏFƏNDİ
Gənc müğənni Samirə Əfəndi ölkəmizi bu il "Eurovision"da təmsil edəcək.
News24.az xəbər verir ki, bununla bağlı müğənni şəxsi "İnstagram" hesabında paylaşım edərək, şərh yazıb: "Günün ən gözəl xəbəri. "Avroviziya 2020"-də Azərbaycanı təmsil edəcəyim üçün çox şadam. Mənə inanan hər kəsə təşəkkür edirəm! Avropada musiqimizlə səs salmaq üçün tam gücümlə çalışacağam".
Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
Sevda Bayramova