Azərbaycanda həbs edilmiş ata və oğlundan MÜRACİƏT
    • 2-03-2020, 14:59
    • 1 052

Azərbaycanda həbs edilmiş ata və oğlundan MÜRACİƏT

Bir müddət əvvəl törətdikləri xuliqanlıq əməlinə görə məsuliyyətə cəlb edilmiş və məhkəmənin hökmü ilə məhkum olunan ata və oğlu Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, yəni, xuliqanlıq - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə maddəsi ilə ittiham edilərək təqsirli bilinmiş Qurban Hümbətov və atası Hüseyn Hümbətov Ali Məhkəmədən barələrindəki işə yenidən baxılmasını və daha əvvəl verilmiş hökmün dəyişdirilməsini xahiş ediblər.

Müraciətə hakim Fərhad Kərimovun sədrliyi il baxılacaq.