-
- 1-11-2019, 20:00
- 1 930
Azərbaycanda gənc qıza qarşı seksual zorakılıq – BİR QRUP ŞƏXS...
Azərbaycanda gənc qadına qarşı seksual xarakterli zorakılıq əməli törətdiyinə görə tutulan dəstə üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.
News24.az -ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci, yəni, seksual xarakterli zorakılıq hərəkətləri - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə tutularaq məsuliyyətə cəlb edilən və məhkəmənin hökmü ilə məhkum edilən Səxavət İsmaylov barəsindəki işə yenidən baxılmasını və daha əvvəl verilmiş hökmün dəyişdirilməsini xahiş edib.
Müraciətə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir müddət əvvəl A.Camalzadə adlı gənc qız polisə müraciət edərək bir qrup şəxs tərəfindən zorlandığını bildirib. Daha sonra müraciət araşdırılıb və fakta görə cinayət işi açılıb.