-
- 2-03-2020, 18:31
- 890
Ölümə səbəb olan sürücü SAXLANILDI
Martın 2-də Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisində Şöhrət Dünyamalıyevin idarə etdiyi “QAZ-2705” markalı 23-BG-086 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Musa İsmayılzadənin idarə etdiyi “VAZ-21074” markalı 10-EZ-877 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, qəza nəticəsində sürücü M.İsmayılzadə və sərnişin Rüstəm Əzimovun vəfat etmələri, sürücü Ş.Dünyamalıyev və digər 2 sərnişinin isə xəsarət almaları faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Ş.Dünyamalıyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, martın 2-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.