"Gerçəkləri düzgün təqdim edin, fotomontajla yox..." - FATİMƏ
    • 3-03-2020, 13:49
    • 1 166

"Gerçəkləri düzgün təqdim edin, fotomontajla yox..." - FATİMƏ

Rəqqasə Fatimə Fətəliyeva arxiv fotosunu paylaşıb.

News24.az xəbər verir ki, rəqqasə fotonu sosial media hesabında paylaşıb bunları yazıb: "Sizin 24 yaşlı və 41 yaşlı "Göyçək Fatimə". Dostlar, necədir? Sizcə çox dəyişiklik var? Mən keçmişimdən utanan adam deyiləm. Əsas odur ki, gerçəkləri düzgün təqdim edəsiniz. Fotomontajla yox. Nəsə təqdim etmək istəyirsinizsə, buyurun, məndən istəyin. Keçmişdəki Fatiməni də o illər və bu illər üçün necə gözəl olduğunu belə təqdim edin".

Sözügedən fotonu təqdim edirik:

Sevda Bayramova