DİQQƏT! Bakının bu rayonunda SU OLMAYACAQ
    • 3-03-2020, 15:24
    • 570

DİQQƏT! Bakının bu rayonunda SU OLMAYACAQ

Bakı şəhəri Nizami rayonu ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 03 mart 2020-ci il tarixində axşam saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

News24.az xəbər verir ki, bu barədə  "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.​