DİQQƏT! Bakının bu ərazilərində SU OLMAYACAQ
    • 18-12-2019, 10:31
    • 471

DİQQƏT! Bakının bu ərazilərində SU OLMAYACAQ

Bakı şəhəri Səbail rayonu  Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar  18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

News24.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.