-
- 4-03-2020, 10:56
- 2 927
Jurnalistin övladı sinif rəhbəri tərəfindən təhdid edilir – “Xoşun gəlmir, “vızqırt”
Jurnalist Nərminə Manafovanın oğlu sinif rəhbəri tərəfindən sıxışdırılır.
Bununla bağlı News24.az-a şikayət edən jurnalistin oğlu 145 saylı orta məktəbdə 7-ci sinifdə oxuyur.
Onun sözlərinə görə, oğlu Cavid Manaflı sinif rəhbəri Olqa Əsədova Valeryevna tərəfindən təhqir olunur: “O, həm bütün sinfin qarşısında, həm də təklikdə oğlumu təhqir, təhdid edir. Sən “vunderkind”sən, adi məktəbdə sənə yer yoxdur, get, liseydə oyun çıxar. Deyir ki, bütün müəllimlərdən imza toplayacaq ki, oğlumu məktəbdən uzaqlaşdırsın. Təsəvvür edin, uşağın üzünə deyir ki, bu məktəbdə ya sən qalacaqsan, ya mən."
Ana bildirir ki, oğlu bütün fənlərdən yüksək qiymət alır, digər müəllimlər ondan razıdır: “Cavidin, gündəliyinə baxmaq kifayətdir ki, onun necə nümunəvi olduğunu görəsiniz. Düzdür, demirəm, oğlum sakitdir. Amma o hər şeylə maraqlanır və çoxlu sual verir, bu da müəlliməni qıcıqlandırır. Deyib ki, suallarla dərsə mane olur. Fevralın 24-ü uşağın qarnı ağrayıb, yaxınlaşıb ki, müəllimə, özümü pis hiss edirəm”. Müəllimə də həkimin yanına göndərmək əvəzinə, deyib get direktora ərizə yaz. Necə acımasız olasan ki, uşaq pis vəziyyətdə olduğu halda onu ərizə yazmağa göndərəsən. Həmin gün uşağa nə direktor, nə müəllim, heç kim kömək etməyib. Bu azmış kimi, oğlum həmin günün sabahı dərsə getmədi. Müəllimə səhərisi gün məktəbdə hamının içində uşağa deyib ki, “hamı məni təbrik etdi, dedilər, nə yaxşı Cavid dərsə gəlməyib”. Uşaq da etiraz edəndə deyib xoşun gəlmir, “vızqırt”.
O sözdən sonra uşaq mənə zəng eləyib olanları dedi. Danışanda stressdən səsi əsirdi. Evə elə halda gəlmişdi ki, göz qapaqları əsirdi. Mənə dedi ki, müəllimə onun hər sözünü ələ salır. Hər dediyinə bir əmma qoyur, uşaqları və müəllimləri onun əleyhinə qaldırır. Təsviri incəsənət fənnindən (İZO) müəllim dərsə gəlmirdi, əməliyyat olmuşdu. Gələndən sonra da uşaqlara aşağı qiymət yazdı. Oğlum da sinif rəhbərinə yaxınlaşıb xahiş edib ki, bütün qiymətləri yüksəkdi, "İZO" -dan “3” qiyməti yazmasın. Cavabında isə Olqa müəllimə ona deyib ki, bunu başqa uşaq xahiş etsəydi, ona kömək edərdim, amma sənin üçün heç nə etməyəcəm. Bu necə davranışdı? Uşağa bu sözü necə demək olar?!”.
Valideyn onu da bildirib ki, müəllimə ilə münasibətləri yoluna qoymaq üçün çox çabalayıb, lakin bu, cəhdləri nəticəsiz qalıb: “Hər zaman oğluma deyirdim ki, müəllimə sənin üçün ikinci anadır. Amma Olqa Valeriyevna mənə vatsapla səsli mesaj göndərək oğlumu məktəbdən çıxarmaqla hədələdikdən sonra aşıladığım bu fikir alt-üst oldu. 12 yaşlı uşaqla intriqa aparan sinif rəhbəri ilə hansı razılaşmadan söhbət gedə bilər?”
Nərminə Manafova onu da əlavə edib ki, iki ay əvvəl müəllimənin davranışları ilə bağlı məktəb direktoruna müraciət edib. Amma direktor problemin həlli üçün heç bir addım atmayıb.
Məsələ ilə bağlı 145 saylı orta məktəblə əlaqə saxladıq. Bildirildi ki, Olqa müəllimə məktəbdə deyil. Daha sonra məktəbin direktoru Pərvanə Abbasova ilə əlaqə saxladıq. Onun cavabı isə qısa və lakonik oldu: "Bakı Şəhəri üzrə Təhsil İdarəsi icazə versin, danışaq".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərdik. Qurumdan şikayətin araşdırılıb məlumat veriləcəyi bildirilib.
Afaq Mirayiq