-
- 5-03-2020, 13:04
- 1 024
"İranla sərhəddə keçidin məhdudlaşdırma vaxtının uzadılması...."- TƏBİB
Iranla sərhəddə keçidin məhdudlaşdırma vaxtının uzadılıb-uzadılmayacağı barədə indi fikir söyləmək mümkün deyil.
News24.az xəbər verir ki, bunu koronavirusla əlqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, karantində saxlanılanlar əsasən, Irandan gələn insanlardır:" Karantində saxlanılan 500-dək insanlar əsasən, cənub sərhədərini keçən insanlardır. Onlar mütləq müayinə olunurlar. Tibb personalının qorunması bizim əsas vəzifəmizdir. Ehtiyac olan hər şey alınır".
Y.Qarayeva əlavə edib ki, Bakıda karantində saxlanılan şəxslər yoxdur. Hazırda əsas karantin xəstəxanaları Astara, Cəlilabad və Qobustan xəstəxanalarıdır. Digər xəstəxanalar dəstəkverici müəssisələrdir.
Qərargah üzvü bildirib ki, koronavirusun müəyyən edilməsi üçün testlər bu yaxınlarda Azərbaycana gətirilib:"Bunun gətirilməsi mütəmadi olaraq davam edəcək və testlərlə təminat sahəsində heç bir çətinlik olmayacaq".
Afaq Mirayiq