-
- 5-03-2020, 12:37
- 1 012
İIsraildən Azərbaycana ekspertlər gələcək KORONAVİRUSLA BAĞLI
Koronavirusla bağlı Heydər Əliyev Fondunun dəvəti ilə Israildən Azərbaycana ekspertlər gələcəklər.
News24.az xəbər verir ki, bunu koronavirusla əlqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, Iranla sərhədi 14 günlük karantin tətbiq edilir: "276 nəfər xüsusi dəhliz vasitəsilə Irandan Azərbaycana keçib. Onların hamısı karantin şəraitində saxlanılır".
Y.Qarayeva əlavə edib ki, xəstəliyin diaqnostikası yalnız ÜST-nin tələblərinə cavab verən testlər vasitəsilə aparılır.
O qeyd edib ki, martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir:"Valideynlər uşaqları bu müddətdə qapalı yerlərə aparmasınlar. Xahiş edirik ki, hər kəa bizim verdiyimiz tövsiyələrə əməl etsin".
Afaq Mirayiq