-
- 5-03-2020, 14:03
- 1 055
Bakı metrosunda tibbi maska satan şəxs SAXLANILDI- YENİLƏNDİ
Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyyən olunaraq saxlanılıb".
Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitendə polis şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətəlar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 koronavirusa yoluxma halı mövcuddur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 85 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 607-yə çatıb. Bunların 53 700 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
***
Sosial şəbəkələrdə videogörüntüsü yayılan metroda sərnişinlərə maska satan şəxs saxlanılıb.
Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24.az-a məlumat verib.
O bildirib ki, sözügedən hadisə ilə bağlı Metropolitenin Polis Şöbəsinin əməkdaşları zəruri tədbir görüblər: “Martın 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar bildirmək istəyirəm ki, mart ayının 3-də bununla bağlı Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları həmin şəxsi müəyyən edərək operativ tədbir görüblər. Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq inzibati məsuliyyətə cəlb edilib”.
B.Məmmədov onu da əlavə edib ki, bu kimi hallarla qarşılaşan şəxslərin dərhal metropoliten əməkdaşlarına məlumat vermələri rica olunur:
“İnsanlar ictimai mövqe nümayiş etdirməlidirlər. Metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda, istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir.
Elə bu əsasla bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən, bir sərnişin, bir vətəndaş kimi, bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.
Bütün sərnişinlərdən xahiş edirik ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını müəyyən edir, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir”.