-
- 27-08-2019, 11:29
- 1 067
Tovuzda 51 kilometrlik yolun yenidənqurma işləri YEKUNLAŞIR - FOTO
Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri bitmək üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, bir-neçə istiqamət üzrə yenidən qurulan 51 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.
Sözügedən yolun qalan 36 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. 36 km-lik yolun 15.1 km-i asfalt-beton, 20.9 km-i isə çınqıl örtüklü olmaqla inşa edilir. Bu çərçivədə Alakol-İbrahimhacılı yolu, həmçinin Əyyublu və Dönük Qırıqlı kəndlərinin giriş yolları asfalt-beton, Çobansığnaq-Yoğunbulaq, Sarıtala-Dondarlı və Sarıtala-Haçaqaya yolları, həmçinin Qaraboyunlar kəndinin giriş yolu çınqıl örtüklü olmaqla əsaslı şəkildə təmir edilib. Təmir-tikinti işlərinin yekunlaşdığı ərazinin uzunluğu 18.7 km-ə bərabərdir.
Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolu digər 17.3 km-lik hissəsində isə hazırda yenidənqurma işləri davam etdirilir. Layihə üzrə 9.3 km-lik Qoçdərə-Çobansığnaq və Çobansığnaq-Sarıtala yollarının asfalt-beton, 8 km-lik Ağacqala kəndinin giriş yolunun isə çınqıl örtüklü olması nəzərdə tutulur.
Ümimilikdə yollar boyu atmosfer sularının təsirindən və hərəkətin intensivliyi nəticəsində torpaq yatağında aşınma və dağılmalar əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə maneə yaradırdı. Artıq bu problem demək olar ki, geridə qalıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollar boyu aparılan yenidənqurma işlərinin ardıcıllığı bundan ibarətdir. İlk növbədə yollar boyu yolun normativ eninin alınması üçün yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilir və texniki dərəcəyə uyğun yeni yol yatağı və küvet hissələr inşa edilir. İstismar nəticəsində sıradan çıxmış suötürücü borular sökülərək kənarlaşdırılır, əvəzinə yeni, standartlara uyğun dairəvi suötürücü borular quraşdırılır. Bu məqsədlə yollar boyu 298 paqon-metr uzunluğunda yeni dairəvi metal və dəmir-beton suötürücü borular quraşdırılır.
Bunun ardınca isə yeni yol əsası inşa edilir. Bunun üçün qum-çınqıl və optimal-çınqıl qarışığından əsasın hamarlayıcı, alt və üst layı salınır. Daha sonra layihədə nəzərdə tutulmuş yollara əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-betonla örtüyün alt və üst layı inşa edilir, çiyin hissələr lazımi qarışıqdan istifadə edilərək bərkidilir, yol birləşmələri təmir edilir.
Layihənin sonuncu mərhələsində təbii ki, avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkiləcək. Bununla da Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunda müasir yol infrastrukturu yaradılmaqla vətəndaşların istifadəsinə veriləcək.
Yuxarıda sadalanan işlərin icrasını təmin etmək məqsədi ilə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib. Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Bununla da 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidən qurulması həm yol boyu yaşayan vətəndaşların neçə illərdir ki, üzləşdikləri problemi aradan qaldırmış olacaq, onların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq, bu isə yük və sərnişin daşımasının rahatlaşmasına gətirib çıxarmış olacaq.
Rahat şəkildə hərəkətin təmini isə kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir etməklə, yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə, həmçinin müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına zəmin yaradacaq.