"Mercedes" ilə "VAZ-2107" toqquşdu xəsarət alanlar var
    • 6-03-2020, 01:00
    • 653

"Mercedes" ilə "VAZ-2107" toqquşdu xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1938-ci il təvəllüdlü Nağıyev Nurəddin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Hüseynov Taleh Əli oğlu və 1959-cu il təvəllüdlü Əsgərov Sərhəd Süleyman oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.