Borca görə gizlənən 19 nəfərdəın XƏBƏR VAR
    • 6-03-2020, 09:06
    • 786

Borca görə gizlənən 19 nəfərdəın XƏBƏR VAR

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də 25 cinayətin üstü açılıb. 

Onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. 

Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 19 nəfər saxlanılıb. 

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.