""Xəzər" TV-nin yetərincə böyük tamaşaçı auditoriyası var" - MURAD DADAŞOV
    • 6-03-2020, 10:09
    • 1 450

""Xəzər" TV-nin yetərincə böyük tamaşaçı auditoriyası var" - MURAD DADAŞOV

Ötən gün "Xəzər" Televiziyası yeni rəhbər təyin olunan Xalq artisti Murad Dadaşovla bağlı süjet hazırlayıb.

News24.az xəbər verir ki, "Xəzər xəbər"in ərsəyə gətirdiyi süjetdə Dadaşov rəhbərlik etdiyi telekanalın uğurlarının artması üçün əlindən gələni edəcəyini bildirib: "Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur. Burada tanınmış simalar, kadr arxasında zəhmət çəkən insanlar var. Onlar kifayət qədər uğur qazanıblar. Bu gün "Xəzər" TV-nin yetərincə böyük tamaşaçı auditoriyası var". 
 
Qeyd edək ki, "Xəzər" TV ötən gündən etibarən "Socar Media" İctimai Birliyinin tərkibinə keçib. M.Dadaşovu kollektivə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov təqdim edib.

Sevda Bayramova