-
- 19-03-2020, 16:01
- 935
"Veriliş tərbiyəsiz müğənnilərin qurbanı oldu" - TOLİK HACI NURANA ETİRAZ ETDİ
Xeyriyyəçi, teleaparıcı Hacı Nurandan yeni xəbər var.
News24.az xəbər verir ki, o, ötən gün yenicə "Xəzər" Televiziyasına rəhbər vəzifəsinə təyin olunmuş Xalq artisti Murad Dadaşovu ziyarət edib. Hacı Nuran görüş haqda "İnstagram"da yazıb: "İşin-gücün bu vədəsində görüşdük. Gərgin, amma xoşbəxt görünürdü. Zarafat deyil, Xəzər TV kimi bir kanalın rəhbərliyi ona həvalə edilib. Gəldiyi gündən televiziyada apardığı islahatlar hiss olunmaqdadır. Həttə eşitdiyimə görə, işə o qədər aludə olur ki, bir də baxır, gecə saat 12-dir. Əslində, Murad Dadaşov həmişə belə məsuliyyətli olub. Onu hər zaman belə tanımışam. Əsas insanın işinə sevgisi, peşəkarlığı və bir də kollektivə verilən dəyərdir. O da Murad Dadaşovda var. Söhbətimiz uzun çəkməsə də maraqlı oldu. Televiziyanın bugünki vəziyyətindən də danışdıq, yeni layihələrdən də. Başqa cür ola bilməz, çünki meydan ancaq peşəkarlarındır".
Prodüser Tarix Əliyev dərhal paylaşıma reaksiya bildirib: "Hacı, statusu oxudum və bir iradı sənə bildirəcəyəm. İslahat deyəndə Murad Dadaşov gəldiyi ilk gündən yalnız "Hər şey daxil" verilişini bağladı. O verilişdə ki, iki il ardıcıl olaraq sənin əsl doğum günün qeyd olunub. Səndən əlavə olaraq, Mənsum İbrahimov və bir çox sənətkarlar öz ad günlərini həmin verilişdə keçiriblər. Mən hazırda da Xəzər televiziyasının əməkdaşıyam. İslahat olunan veriliş də tərbiyəsiz müğənnilərin qurbanı oldu".
Sevda Bayramova