Azərbaycan əsgəri  HƏLAK OLUB
    • 7-03-2020, 11:23
    • 1 003

Azərbaycan əsgəri HƏLAK OLUB

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax Müalicə-Diaqnostika Mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.