-
- 9-03-2020, 20:18
- 670
“COVID-19 qorxusu ilə evlənmək” və ya elimizin toy adəti
"Azərbaycanda toy məclisləri öz axarındadır. Gigiyenik qaydalara riayət etməklə bu virusdan qoruna bilərik və buna görə toyları təxirə salmağa ehtiyac da yoxdur”.
News24.az xəbər verir ki, bunu əməkdaşlarımızın müşahidə apardığı restoranların sahibləri deyir.
Bildirilir ki, insanların təlaşlanmasına ehtiyac yoxdur:
“Toyların azalması barədə söz-söhbətlər gəzir. Lakin elə bir narahatlığa əsas görmürük. Ona görə ki, biz hər bir toydan sonra dezinfeksiya işləri aparılır. Qabaqlayıcı tədbirlər görülür”.
Sakinlər də toydan qalmır, rahatlıqla məclislərini qeyd edirlər.
Elimizin toy kimi bir adəti var, təbii ki, bu adəti yerinə yetirək, amma öz sağlamlığımızı qorumaq şərtilə...