-
- 18-05-2020, 15:20
- 816
"Dezinfektantlara ehtiyac görmürük" – METROPOLİTEN
“Metropolitendə spirt və ya dezinfektantlar qoyulmur, o səbəbdən ki, gün ərzində metrostansiyalarda ən azı üç dəfə əllə təmas olunan bütün səthlər xüsusi dezinfektantlarla silinib, təmizlənir”.
Bunu News24.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, bu dezinfektantlar insan sağlamlığı üçün tam zərərsizdir və səthdə qalıcılığı da uzunmüddətlidir:
“Amma sərnişin axınınıdan və digər səbəblərdən asılı olaraq üç dəfə yox, lazım olandan daha çox dezinfeksiya işləri aparılır. Gecə növbəsində aparılan dezinfeksiya işləri də öz qaydasında aparılır”.
Afaq Mirayiq