Bakıda təzə gəlindən şok etiraf: "Ərim məni tanımır, otaqdan qovur".
    • 1-03-2019, 20:30
    • 1 076

Bakıda təzə gəlindən şok etiraf: "Ərim məni tanımır, otaqdan qovur".

"Səni axtarıram" proqramı vasitəsilə təmtəraqlı toy məclisləri baş tutan Elnur və Nərmin cütlüyünün qara günləri başlayıb. 

News24.Az bildirir ki, bir neçə il əvvəl yaşadığı bədbəxt hadisə nəticəsində əlsiz-ayaqsız qalan Elnurun vəziyyəti yenidən pisləşib.
Onu qollarının qalan hissəsinin kəsilmə təhlükəsi gözləyir.
Bətnində Elnurun 4 aylıq körpəsini daşıyan Nərmin toydan sonra həyatlarının alt-üst olduğunu deyir:
"Dedim, toy edirəm, bundan sonra həyatım yaxşı olacaq. Xoşbəxt olacam, üzüm güləcək. Əksinə toy bizə düşmədi. Xahiş edirəm, Xoşqədəm xanım, bizə hədiyyə gətirilən o qutunu buradan çıxarın. O qutunun içində cadu var. Vallah, özümüzə gələ bilmirik. Mənim yoldaşım xəstəxanalarda şaqqa-şaqqa doğranır. Dörd gündür küçələrdəyəm, gecəm-gündüzüm yoxdur. Zülm çəkirəm.
Toydan sonra əvvəlki kimi deyib-gülmürük. Elnur məni tanımır, otağından qovur. Deyir sən kimsən? Bizə göz dəydi".