-
- 10-03-2020, 16:26
- 8 139
“Abırsız insan məni qorxudur, çünki onun itirəcəyi heç nə yoxdur...” – ZÜLFİYYƏ XANBABAYEVA – VİDEOMÜSAHİBƏ – FOTOSESSİYA
Az hallarda müsahibə verir. Mətbuat adamları ilə evində görüşməsi isə lap nadir hallarda olur. Üstəlik, “mətbəxlə aram yoxdur” deyə-deyə öz əlləri ilə gözəl süfrə açması, bizim üçün çox gözlənilməz idi. Musiqimizin sakit təbiətli, təmkinli Zülfiyyə Xanbabayevasını deyirik.
Onunla görüşümüz baharın ilk günlərinə, 8 mart Qadınlar bayramına təsadüf elədi. O səbəbdən də incə, zərif, zövqlü Xalq artistiylə müsahibədə xanım Zülfiyyəni tanımağa çalışdıq.
Onunla sevgilərindən danışdıq. Sənətinə, həyat yoldaşına, övladına, dostlarına...
Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın News24.az-a müsahibəsini təqdim edirik:
Evim-qalam
- Xoş gəlmisiniz. Sizi evimdə görməkdən məmnunam. Mənim həmişə bir sözüm olub “hər insanın evi onun qalasıdır”. İnsan öz evində istədiyi hər şeyi edə bilir. Amma evdən kənarda atdığımız hər addımı düşünüb-daşınırıq.
- Sağ olun ki, bizi evinizdə, özünüz demiş, qalanızda qarşılayırsınız. Siz mətbuatla sıx təması olmayan sənət adamlarındansınız. Maraqlıdır, niyə media ilə belə məsafəlisiniz?
- Əslində, kənardan belə görünür, mediadan uzaq deyiləm. Onlarla çox sıx olmasa da, uzaqdan-uzağa dostluq əlaqələrim var. Çox təəssüf ki, hazırda mətbuatımızı sənətdən daha çox qalmaqal maraqlandırır. Xəbərin oxunması üçün hay-küylü başlıq qoyurlar. Amma xəbəri açanda görürsən ki, içində tamamilə başqa məsələdən söhbət gedir. Müsahibə verməməyim də bundan qaynaqlanır. Amma ümumilikdə, heç bir media nümayəndəsi ilə pis münasibətim olmayıb. Çünki insanlara hörmət eləməyi bacarıram və bunun da qarşılığını istəyirəm. Hardasa onları da başa düşürəm, çünki oxucu sayını artırmalıdırlar, bundan maliyə əldə eləməlidirlər, amma bu məqamlar hər bir sənətçiyə şamil olunmamalıdır. Bəzi sənətçilərin özləri bunu istəyirlər. Marağındadırlar ki, onlarla bağlı qalmaqal, söz-söhbət, şou yaradılsın.
Seçimim
- Bu qadağanı, daha doğrusu, seçimi yalnız mediaya şamil edirsiniz, yoxsa, verdiyiniz bütün qərarlarda yüz ölçüb, bir biçirsiniz?
- Hesab edirəm ki, bu yaşdan, bu qədər təcrübədən sonra istədiyimiz məsələdə seçim etməyə haqqım var. Yəqin bu, həm də bürcümlə əlaqələdir. Tərəzi bürcündən olduğuma görə çox ölçüb - biçirəm. Düzdür, yorucu olur, bəzən bu xüsusiyyətim özümü əsəbiləşdirir. Amma neyləyim, təbiətim belədir. Hər bir məsələdə seçiciyəm. Geyimlərimdə, mahnılarımda, müsahibələrdə, efirlərdə... Nəyi seçirəmsə, çalışıram onu peşəkarcasına ərsəyə gətirim. Təbii ki, elə məqamlar da var, orda seçim edə bilmirsən.
Həyat yoldaşım
- Bəs, həyat yoldaşınızı seçəndə də çox düşnnmüsünüz?
- Həyat yoldaşımın fikrinə hörmət etdiyimə, onun efirdə, belə söhbətlərdə adının hallanmasını sevmədiyinə görə bu haqda danışmaq istəmirəm.
Dəyişməyəm ampluam
- İllərdir dəyişməyən ampluadasınız. Geyim tərzi, rəng tonları və müxtəlif mövzulara yanaşmanız... Deyəsən, dəyişikliyi sevmirsiniz?
- Geyimlərimin əksəriyyəti qara rəngdə olduğuna görə, fərqlənmə o qədər də hiss olunmur. Bəli, tərzdə eyniyəm, amma imicimi dəyişməyi sevirəm. Etiraf edim, bir çox məsələlərdə konservatoram. Məsələn, geyim son dəbdə olsa belə, onu dərhal öz üstümdə tətbiq eləmərəm. Zövqlü insanları bəyənib onlara hörmət edirəm. Mənə görə, zövq doğuşdan yaranır, amma sonradan onu gəlişdirmək lazımdır. Zövqsüz insanları görəndə qıcıqlanıram. Əsasən də, qadınlar evdən çıxanda güzgüyə baxmalıdırlar. Eyibləri bağlaya bilmək, yorucu olsa da, məharətdir. Necə deyərlər, “gözəllik qurban tələb edir”. Düşünürəm ki, əgər, müğənni olmasaydım, modelyer-dizayener kimi çalışa bilərdim. Əslində, illərdir bunun arzusundayam. Amma hansısa moda evi açıb oranı rəhbər kimi idarə etmək, tamaşaçılara düzgün şəkildə çatdırmaq məni bir az yora bilər.
- Kinorejissor Zülfiyyə
- İllər əvvəl evdə valideynlərim masaya yumruq vurub dedilər ki, müğənni olmayacaqsan! Ona görə də məcbur olub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "mədəni-maarif" fakülətisinə daxil oldum. O kollecdə tamaşalar qoyurduq. Dedim, heç olmasa səhnə arxasında olum, rejissorluq edim. Düşünürəm ki, yaradıcı insanda hər şeydən az-az olmalıdır. Hətta vaxtında çox gözəl rəsmlər də çəkirdim. Düzdür, nəyəsə baxıb çəkirdim, amma yenə də pis alınmırdı.
Yasaqlar
- Bəs, ailənizin qoyduğu yasaqları necə aşdınız?
- Zamanla. Hər şey zamanla həll olundu. Əsas odur ki, nəticə yaxşı oldu və onlar rahatdırlar. Qızlarıyla qürur duydular. Mən ata-ananın xeyir-duasına inanan övladlardanam. Ümumiyyətlə, hər kəsə məsləhət görərdim ki, ailə, yaxud iş quranda mütləq valideyn xeyir-duasını alsınlar. O, olmasa olmaz. Onlar xeyir-dualarını verəndən sonra mən sənətdə öz yerimi tapdım, hər şey yağ kimi getdi. Ona qədər isə mahnılar oxuyurdum, amma istədiyimi ələ etmirdim. Sonra fikirləşdim ki, bunu nə vaxta qədər gizlədəcəm? Ona görə niyyətimi onlara deyib razılıqlarını alanadək çaba göstərdim.
Sevgim
- “Sevgililər günü”nə münasibətiniz necədir? Ümumiyyətlə, Sizin üçün sevgi nədir?
- həyat elə sevginin üzərində qurulub. Sevib- sevilməyi bacarıram. Mənimçün sevgisiz həyat yoxdur. Çalışıb hər bir şeyə sevgi ilə yanaşmalısan. Əgər, sevib - sevilirsənsə, demək, sənin üçün hər gün bayramdır. Hər günün sevgidir. Sevgi sırf bir insanın üzərində qurulmamalıdır. Sən ananı, atanı, balanı, dostunu, işini də sevə bilərsən.
23 ilin özəl günü
- Bəs, özəl günlə bağlı həyat yoldaşınıza hədiyyə alırsınızmı?
- Ona 23 ilimi hədiyyə vermişəm (gülür)
Başıma çəkilən tumar...
- Uşaqlığınızı necə xatırlayırsınız?
- Uşaqlığım valideynlərimin həyatda olması deməkdir. Ana-atanın övladın başına çəkdiyi tumarı heç nə əvəz edə bilməz. Sovet dövrünün uşağı olmuşam. Gecə telefonla yox, xalçanın naxışlarını saya-saya yatırdım (gülür). Başımızın üstünə sevdiyimiz müğənnilərin, aktyorun şəkillərini yapışdırırdıq. Hər şeylə qane olan uşaq idim. Anam məni çox gec dünyaya gətirib. Qardaşım 20, bacım isə məndən 10 yaş böyükdür. Hətta uşaqlıqda bir müddət qardaşımı dayım bilmişəm (gülür). Uşaqlığım ev, məktəb, qonşular, çoxlu kitab oxumaq və nənəmgilin məhləsindən ibarət olub. Çox tez böyümək istəyirdim, hətta indi də yaşımın üstünə yaş gəlməsini istəyirəm. Bundan qorxmuram.
Qızım
- Zülfiyyə Xanbabayeva artıq özü valideyndir. Maraqlıdır, qızınızı hansı şərtlərlə böyüdürsünüz?
- Qız uşağını böyütmək, tərbiyə vermək çox çətindir, xüsusilə də indiki zamanda. Anamın mənə nə demək istədiyini indi daha yaxşı anlayıram. Bizim zəmanəmizdən fərqli olaraq, indi informasiya dövrüdür. O, imkan vermir ki, uşaq ancaq dərsləri ilə məşğul olsun. Mən bunları bacardığım qədər yığıb-yığışdıra bilirəm. Qızım tamamilə azərbaycanlı tərbiyəsi ilə böyüyür. Fikrimcə, uşaq təhsilindən, oxuduğu dildən aslı olmayaraq, azərbaycanlı qızı kimi böyüməlidir. Bizim çox gözəl adət-ənənələrimiz və tərbiyəmiz var və mən o yolla gedirəm. Düzdür, istəsəm də-istəməsəm də, müasirlik öz sözünü deyir, çünki cəmiyyət var. Amma mən qızımı bu enişli-yoxuşlu yola hazırlamışam. Düşünürəm ki, uşağı bəlli yaşa qədər tərbiyə edərlər. Məsələn, 10 yaşa qədər sən onun beyninə bütün fikirlərini yeridə bilərsən. Əgər uşaq o yaşda bunları mənimsəmirsə, sonra ona heç kim kömək edə bilməz. Çünki o, mütləq şəkildə özünə nəzarət etməyi, özünü tərbiyə eləməyi bacarmalıdır. İsti-soyuğu dərk eləməlidir. Bilmirsə, o zaman qəbahət ya valideyndə, ya da uşaqdadır. Mən bütün bunları övladıma başa salmağa çalışıram. Qızıma necə tərbiyə versəm də, cəmiyyət öz sözünü deyəcək. Əgər, övladım onların içində alnı açıq, başıdik olacaqsa, o zaman mən valideyn kimi çox xoşbəxt olacağam. Övladı sıxma-boğmaya salmaq olmaz, amma bir çəkingənlik, bir məsuliyyət olmalıdır. Onların suallarını səbrlə və həvəslə cavablandırmaq lazımdır. Bəzən deyirlər ki, “övladım xoşbəxt olsun, amma mənə nə olursa olsun”. Xeyr. Mən bu fikirlə razı deyiləm.
Dənizim
- Qızınızın adını kim qoyub? Niyə məhz Dəniz?
- Özüm qoymuşam. Hər zaman da deyirdim ki, qızım olsa, adını Dəniz qoyacam. Çünki suyu çox sevirəm. Həyatımı susuz təsəvvür edə bilmirəm. Hər şeyin əksiskliyinə dözərəm, amma susuzluğa heç vaxt. Hətta 15 dəqiqədən bir əllərimi yuyuram (gülür) . Bunu Dənizə də aşılayıram.
Xoşbəxtlik
- Öz uşaqlığınızı Dənizdə görürsünüz?
- Dəniz sonsuzdur, bir tərəfdən coşur, digər tərəfdən isə sakitdir. Qızımın adını necə qoymuşamsa, təbiəti də elədir. Ümumiyyətlə, xasiyyətlərimiz də eynidir. Əgər, Dəniz bir sözü dedisə, vəssalam, mövzu bağlanır. Baxın, onun bu xasiyyətini çox bəyənirəm. Allah heç bir valideyni övladla sınamasın. Bu barədə düşünmək belə acıdır. Övladın ləyaqətli, xeyirlisi olması valideyn üçün çox böyük xoşbəxtlikdir. İndi-indi bunu daha yaxşı dərk eləməyə başlayıram. Məsələn, valideyn iclaslarında Dəniz haqda danışılanda mən qürur hissi keçirirəm. Nə yaxşı ki, hələ hər şey mənim istədiyim kimidir. Təki allah onu pis insanlardan qorusun. Hər zaman çalışıram ki, o, yaxşını da pisi də ayırd eləməyi bacarsın.
Ana olmaq
- Deyilənə görə, ana olmaq sizə asan başa gəlməyib...
- Dəniz çox gec dünyaya gəlib. Yəqin ana olmaq istəyim o zamanlar o qədər də güclü olmayıb. Mən istədiyimi gec də olsa əldə edən qadınam Bəlkə də bu, həmin dönəmdə səbirsiz olmağımdan irəli gəlib.
Hündürboy...
... Dənizə sevgimi hər məqamda göstərirəm, amma qıcıqlandırılacaq qədər deyil. Yəni bütün günü uşağın üstündə əsmirəm. Dəniz mənimlə birgə böyüdü. Hətta bəzi şeylərdə ondan məsləhət alıram. Hündürboy olduğundan çoxları elə düşünür ki, yaşı çoxdur. Dəniz elə istədiyim zamanda dünyaya gəlib.
Dənizə bacı-qardaş
- “Gözünüzün qarası” olan Dəniz niyə bir dənədir? Ona bacı-qardaş istəmirsiniz?
- İstəyərdim, amma o kitab artıq bağlıdır. Zaman keçdikçə daha çox anlamağa başlayıram ki, Dənizin mütləq bir bacı-qardaşı olmalı idi. Amma...
Səhv diaqnoz
- Sizə zamanında analıq diaqnozunu səhv qoyulduğu və bu xəbərdən sonra böyük depressiya yaşadığınızı deyirlər. Bu doğrudur?
- İllər öncə belə bir şey olub. Həkimlər mənə səhv diaqnoz qoyublar, amma bu ana olmağımla bağlı deyil. Tamamilə başqa bir müayinə zamanı analizlərin cavabı başqasınınki ilə qarışmışdı. Onda üç gün çox böyük stess yaşadım. Bu hadisə təxminən 25 il öncə yaşanıb və mənim üçün dönüş nöqtəsi olub.
Qızımın nənəsi
- Bacınızın nömrəsini telefonunuzda “anam” kimi qeyd eləmisiniz...
- Elə anamdır. Anamız dünyasını dəyişəndən o mənə analıq edib. Hər zaman onunla məsləhətləşirəm. Qızım da bacıma “nənə” deyir. Düzdür, ananın yerini heç kim tuta bilməz, amma həyatımda bacımım çox böyük rolu var. Allah hər kəsə belə bir bacı və qardaş qismət eləsin. Ümumiyyətlə, mən ailəmə çox bağlıyam. Ailəmiz yığışanda bir orduya bərabər oluruq. Hər dəqiqə telefonla əlaqə saxlayırıq. Bacım hələ də anamın yoxluğu ilə barışa bilmir. Amma hər zaman mənə anasızlığı hiss etdirməməyə çalışıb.
Sənə qurban olum...
- Bir böyük sevginiz də Azərbaycandır. Çünki bu mahnını çox ürəklə oxumusunuz. Həm də adət-ənənəyə aşırı bağlılığınız bunu göstərir...
- Hə. O mahnının ürəyimdə ayrı bir yeri var. Vətənlə bağlı həddən artıq çox mahnı yazılıb. Amma çoxu pafosludur. Bir dəfə təyyarədən düşəndə dedim ki, “Qurban olum, Azərbaycan”. Bundan sonra həmin mahnı yarandı. Mahnını yazanda bu ifadəni işlətdik ki, orda pafos olmasın, səmimiyyət görünsün. Çünki vətən haqda bir mahnını ərsəyə gətirəndə çalışmalısan ki, o, çox səmimi olsun. Orda vətəninə bağlılığın, sevgin hiss olunsun. Çox danışmaqla hər şey həll olunmur, onu daha çox göstərməlisən.
Hər gün ona hesabat verirəm
O ki qaldı adət-ənənələrimizə, düşünürəm ki, bizdə abır, ismət o qədər çoxdur ki... Əgər bir nəfər abırına, ismətinə xələl gəlməkdən qorxursa, demək o, ləyaqətini qoruyan insandır. Mən abırsız, üzr istəyirəm, həyasız insana heç vaxt baş qoşmaram, çünki onun itirəcəyi bir şey yoxdur, amma mənim var. Elələrindən qorxmaq lazımdır, çünki onlar təhlükəli olurlar. Ona görə də bir addım atanda çox fikirləşirəm. Allahıma güvənirəm, ona sığınıram. Gecə yuxuya getməmişdən öncə Allahıma hesabat verirəm.
Cəz
Hətta gün ərzində kiminsə qəlbinə dəymişəmsə, Allahdan bağışlanağımı diləyirəm.. Çünki həmişə fikirləşirəm ki, günah işlədən hər kəs onun cəzasını çəkir. Allah heç bir zaman heç kimi darda qoymur.
Sınan könül
- Qəlbinə dəymişəm, dediniz. Çox könül sındırmısız, yoxsa daha çox sizin qəlbinizə dəyiblər?
- Nə mən kimisə çox qırmışam, nə də mənim könlümü çox sındırıblar. Bir balaca büdrəsən, səni gəlib, tapdayarlar. Düzdür, büdrəyən vaxtlarım olub, üstümə də gəliblər, amma qorunmaq üçün dərhal zirehimi çıxarmışam. Uman yerdən küsərlər, bu ayrı, amma istəmədiyim insan heç vaxt könlümü sındıra bilməz. Mən taktikanı sevən insanam, saqqız oğurlamağı da bacarıram . Ola bilər ki, kiminsə könlünü sındırmışam, xətrinə dəymişəm, amma üzr istəməyi də bacarıram. Ümumiyyətlə, mən şirindilli, gülərüz insanları sevirəm. Qaraqabaq, neqativ insanları yaxınıma buraxmıram. Həyat çox qısadır, onu doya-doya yaşamaq lazımdır. 30 yaşdan sonra bunu daha yaxşı anlayırsan.
Həyəcandan ölərəm
- Konsert vermək məsələsində də çox götür-qoy edirsiniz, deyəsən.
- Zamanında çox konsert vermişəm. Əgər, edirəmsə, ən azı 6-7 ay bunun üzərində çalışmalıyam. Əslində tənbəl deyiləm, çox aktivəm. Yaradıcı insan daim işləməlidir. Bu ilin sonunda nəsə eləməyi düşünürəm. Sadəcə, musiqiçilər məsələsində tərəddüdlərim var. Bir də həyəcan məsələsi... Mən konsert zamanı o qədər həyəcan keçirirəm ki, hətta yıxılıb ölə bilərəm (gülür) Məncə, bir işi görəndə ona məsuliyyətlə yanaşmalısan. Çoxları elə düşünür ki, kaprizliyəm. Amma yox. Onlara da başa salıram ki, bu kapriz deyil, məsuliyyətdir. Mən hər ifama yaradıcı möhür vurmaq kimi yanaşıram. O, mahnı, konsert, klip tarixdə qalmalıdır.“Trendin arxasınca qaçmağı özümə qadağan eləmişəm. Çünki o siyahıda indi bayağı ifalar, musiqilər yer alır. Amma mən ancaq sevənlərim və ruhum üçün mahnı yazıram. Hər zaman kəmiyyəti yox, keyfiyyəti üstün tuturam. Amma bu gün tamaşaçıların istəyi bəlli deyil, çünki onlar da çaşqın vəziyyətdədirlər. Günahın kimdə olduğu da məllum deyil. Hər şey ifrat dərəcəsində çoxdur. Efirlərdə janrı bəlli olmayan mahnılar səslənir.
Xaos
- Belə çıxır ki, siz də musiqimizdəki bu xaosu qəbul edirsiniz?
- Bilirsiniz, tək əldən səs çıxmaz. Bu durğunluq 92-93-cü illərdə də olub. Amma indi bu, lap çoxdur. Azərbaycan ritminə xas olmayan mahnılar qulaqlarımızdadır. Mən bu gün heç kimi ittiham eləmirəm, nə də vəkili deyiləm. Mən hər zaman olduğu kimi öz yolumla gedirəm. Çalışıram ki, özümdən sonra ruhu oxşayan mahnılar, əsərlər saxlayım. Hər kəs o ələkdən keçəcək və nəticə olaraq zaman öz sözünü deyəcək. Ortada yalnız istedadlılar qalacaq. Mədəniyyətimizi, gözəl musiqimizi, bəstəkarlarımızı, musiqiçilərimizi, şairlərimizi yox eləməyək. Düzdür, bu gün dəbdə olan musiqiləri mən də ifa edirəm. Çünki mütləq gənclərin zövqünü oxşamalıyıq. Mən bundan qaçmıram, çəkinmirəm. Hazırda böyük layihə üzərində çalışıram. Bizim korifey sənətkarlarımızın, bəstəkarlarımızın əsərlərini yenidən ifa edib, onlara ikinci nəfəs gətirəcəyəm. Çox məsuliyyətli addımdır, amma özümü burda da sınamaq istəyirəm. Arzu edirəm ki, bu layihəm də sevənlərim, dinləyicilərim tərəfindən qəbul olunsun. Bununla bağlı hansısa tənqid olsa belə, mən özümü buna hazır hiss edirəm, çünki işin peşəkar olduğuna inanıram.
Qorxu
- Sənətdə olduğunuz illər ərzində sizdə hansısa layihənizin tamaşaçının qəbul etməyəcəyi qorxusu olub?
Əlbəttə. Hətta bununla bağlı məyus olduğum vaxt da olub. Sən musiqini sevənlərin və dinləyicilərin üçün yazırsan. Əgər, kimsə onu dinləməyi istəmirsə, əvəzinə bayağı mahnılara qulaq asırsa, bu artıq bizim günahımız deyil. Biz onları tənqid, təhqir edə bilmərik, çünki bu onların yolu, onların seçimidir. Amma onun bu bayağı seçimini gətirib başımıza tac da eləməməliyik.
Günahkar
- Sizcə, bunun günahkarı kimdir, televiziyalar, yoxsa?
- Məncə yox. İndiki gənclər televizora baxmırlar. İndi bütün informasiya sosial şəbəkələr üzərindən ötürülür. Əlbəttə, televiziya böyük təbliğatdır. Orda da yalnışlar var. Çəkilib, qıraqda oturmuşuq, bəlkə elə ən böyük günahkar özümüzük? Onlar olan yerə gəlməyəcəyəm, filan adam efirdədirsə qatılmayacağam.... Bəlkə elə biz o bayrağı əlimizə alıb dalğalandırmalıyıq, çünki meydan boş qalıb. Düzdür, hər kəsin öz bəxti, şansı var. Burdan heç kimə söz atmaq kimi bir fikrim yoxdur. Hər kəs oxumalıdır, amma zövqlə.
Zövq
Bayaq dediyim kimi, televiziyalar və onların rəhbərlər aparıcıları xüsusi seçməlidir. Televiziyada aparıcını, aktyoru efirə buraxanda hər şeyə diqqət yetirilməlidir. Danışığına, diksiyasına, mahnı seçiminə, geyiminə, hər şeyə... Açıq-saçıqlığının əleyhinə deyiləm, amma təəbii ki, vulqar olmamaq şərti ilə. Əgər, vücudu buna imkan verirsə və estetik baxımından gözəl görünürsə, niyə də yox? Ya da ki, əgər, bir aparıcının diksiyasında qüsur varsa, televiziya rəhbəri onu efirə buraxmamalıdır. Bunları dövlət qurumları eləməməlidir. Görsələr ki, heç kim bu problemləri həll edə bilmir, bax, o zaman dövlət qurumu işə əl atmalıdır.
Deyingən rəhbər
- Bəlkə, özünüzü hansısa qurumunun rəhbəri kimi sınayasınız?
- Yox. Bu barədə heç düşünməmişəm. Həm də həyat yoldaşım hər zaman mənə deyir ki, səndən rəhbər olmaz. Çünki işçilərlə mülayım davranacam, amma bir tərəfdəndə deyinəcəm (gülür).
İrad
- Qadağalara baş əyənsiniz?
- Qadağaları yalnız özüm qoya bilərəm. Mənə irad tutulmağı sevmirəm. İrad eşidəndə boğuluram, ağlamağım gəlir. Səhvlərim olsa belə, özümü harda və necə aparacağımı, yerimi çox gözəl bilirəm. Həm də indi mən özüm kiməsə irad tutacaq yaşdayam.
Nigar
- Zülfiyyə Xanbabayeva üçün dostluq nədir?
- Dostluq çox dəyərli hissdir. Mən onlarsız yaşaya bilmərəm. İnciyə bilərəm, amma tamamilə imtina edə, silə bilmərəm. Dostlar da zamanla gəlir. Bir-iki il tanıdığım insana “dost” deyə bilmərəm. Bunun üçün gərək illər keçsin. İnanmıram ki, bundan sonra yaxından münasibət qura biləcəyim yeni dostlarım ola bilər. Məsələn, Nigarla 30 ilin dostuyuq. Mənim üçün köhnə yox, illərin dostluğu var. Əsl dostluq küsəndə daha çox bəlli olur. Əgər o sənin arxanca danışmırsa, sənin “kölgəni qılınclamırsa”, demək əsl dostdur. Həqiqi dostluqda inciklik on gün çəkir, sonra o umu-küsü yaddan çıxır. Dostlarımı çox sevirəm, dəyər verirəm, onlarla məsləhətləşirəm.
Tarkan
- Tarkanla eyni səhnəni bölüşdünüz, amma sonra nədənsə belə məşhurlarla bir araya gəlmədiniz...
- Tarkanla birgə çıxış eləmək yaradıcılığımın ən maraqlı layihələrindən biri olub. Ümumiyyətlə, mən Tarkanın sənətini, insanlığını, şəxsiyyətini sevirəm. Ruhuma çox yaxındır. Çox sadədir, qalmaqallara baş qoşmur. Ona çox dəyər verirəm.
“Risk”
- “Qəlbinə yol” üçün risk elədiniz, sualtı şəkiliş elədiniz. Niyə indi belə cəsarətli addımlar atmırsınız?
- Bu klip kino-plyonkaya çəkilmişdi. Düzü, əvvəllər suyun altına girməyi çox qorxurdum, amma indi o qorxum qalmayıb. Hətta gözlərimi tamamilə açmışdım ki, kadr gözəl alınsın. İndi gözümdə hər şey çox adiləşib. Sadəcə, oyanıb, hər şeyi düzəltmək lazımdır.
Vaqif Gərayzadə
- Vaqif Gərayzadə ilə münasibətləriniz necədir?
- Elə bu yaxınlarda Vaqif müəllimlə telefonla danışdıq, ondan məsləhət aldım və nöqtəni qoyduq. Bilirsiniz ki, mən onun məktəbini keçmişəm. Vaqif müəllimdən çox şeyləri öyrənə bilərdim, amma təssüf ki, gənclik yaşlarıma təsadüf etdiyindən, düşünürdüm, hər şeyi sonra da öyrənə bilərəm. Onun yazdıqları bu gün də aktualdır, o əsərlər daim tarixdə qalacaqlar.
- Dənizin səsi var?
- Bəli. Hətta bir dəfə mənə sual verdi ki, müğənni olmaq istəsəm, icazə verərsən? Dedim, əlbəttə, çünki bu sənət mənə başucalığı gətirib. Özünü sınamağına icazə verəcəm, amma istedadsız olsan, mane olacam. İndi bu barədə heç düşünmür.
Qızımla duet
- Yox bu barədə heç vaxt düşünməmişəm.
- Onun gələcəkdə hansı peşəyə sahib olmasını arzu edərdiniz?
- Bunu mən yox, qızım arzu etməlidir. 12 yaşı var və indidən hansı peşəyə yiyələnmək istədiyini düşünməlidir. Hələ ki, fikirləri dəyişir, amma düşünürəm ki, 14 yaşında özünü tamamilə tapacaq. Mən onu ancaq yönəldə, məsləhət verə bilərəm. Amma valideynlərimin etdiyini mən qızıma eləmərəm.
Sakitlik
- Evinizin dizayn ıda, divarlardakı sənət əsərləri də çox zövqlüdür, həm də dəyərlidir. Bunları kim seçib?
- Evimin dizaynında bir sakitlik var. Düzdür, burda yaşayanlar o qədər də sakit deyil (gülür) Mən istəklərimi, arzularımı deyəndən sonra Ceyla xanım evimi hazırladı. Məncə, evdəki əyşaların yox, insanlatın dəyərli olması önəmlidir.
Xoşbəxt qadın...
- Zülfiyyə Xanbabayevanı qadın kimi nə xoşbəxt edir?
- Əslində qadını xoşbəxt eləmək o qədər də çətin deyi, nəvaziş, diqqət, xoş sözlər yetərlidir. Mən hədiyyə almağı və verməyi çox sevirəm. Bütün qadınlar gül kimi gözəldirlər. Nə qədər də özlərini zəif aparsalar da, əslində çox güclüdürlər. Mən qadın kimi xoşbəxtəm. Bundan sonraki bütün arzularım isə Dənizimlə bağlıdır...
Müəllif: Ülkər Qasımova
Video/Foto: Fərid Şabanov