Evlənmək istəyən 342 nəfərdə TALASSEMİYA AŞKARLANDI
    • 10-03-2020, 12:07
    • 840

Evlənmək istəyən 342 nəfərdə TALASSEMİYA AŞKARLANDI

2020-ci ilin fevral ayı ərzində evlənmək istəyən 10189 nəfər tibbi müayinədən keçib. Onlardan 342 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. 

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən ay müayinədən keçən 6 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib. Ümumilikdə, 2020-ci ilin 2 ayında evlənmək istəyən 20136 nəfər tibbi müayinədən keçib.

Onlardan 595 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Müayinədən keçən 8 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. /azvision/