Ailə qurmaq istəyən 36 nəfərdə SİFİLİS AŞKARLANDI
    • 9-01-2020, 11:13
    • 861

Ailə qurmaq istəyən 36 nəfərdə SİFİLİS AŞKARLANDI

2019-cu ilin dekabr ayı ərzində evlənmək istəyən 9149 nəfər tibbi müayinədən keçib. Onlardan 265 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. 

News24.az xəbər verir ki, bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, ötən ay müayinədən keçən şəxslərdən 36 nəfərdə sifilis, 15 nəfərdə QİÇS qeydə alınıb.

Bundan əlavə, müayinədən keçən 3 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib.