Ötən ay evlənmək istəyən 41 nəfərdə SİFİLİS AŞKARLANDI
    • 12-02-2020, 11:26
    • 1 091

Ötən ay evlənmək istəyən 41 nəfərdə SİFİLİS AŞKARLANDI

2020-ci ilin yanvar ayı ərzində evlənmək istəyən 9947 nəfər tibbi müayinədən keçib. Onlardan 253 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. 

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, ötən ay müayinədən keçən şəxslərdən 41 nəfərdə sifilis, 4 nəfərdə QİÇS qeydə alınıb.

Bundan əlavə, müayinədən keçən 2 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib. 

“Ümumilikdə, 2015-ci ildən indiyədək 645 311 nəfər müayinədən keçib. Onlardan 22 146 nəfərdə talassemiya daşıyıcılığı, 2 150 nəfərdə sifilis, 609 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 237 olub", - deyə məlumatda qeyd olunub. /Azvision/