Metroda cibgirlik edən 55 yaşlı kişi ƏLƏ KEÇDİ
    • 11-03-2020, 12:22
    • 693

Metroda cibgirlik edən 55 yaşlı kişi ƏLƏ KEÇDİ

Metroda cibgirlik edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Bakı şəhər BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun 28 may metro stansiyasında A.Ə-nın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub. 

Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun digər analoji əməllərdə iştirakı istisna olunmur.