Bakı metrosunda cibgirlik edən ŞƏXS TUTULDU
    • 4-10-2019, 13:31
    • 734

Bakı metrosunda cibgirlik edən ŞƏXS TUTULDU

Bakı metrosunda cibgirlik edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun “Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.