Tom Henks və həyat yoldaşı koronavirusa yoluxdu
    • 12-03-2020, 09:00
    • 1 069

Tom Henks və həyat yoldaşı koronavirusa yoluxdu

Amerikanın məşhur aktyoru və prodüseri Tom Henks və onun həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

News24.az "Ria.ru"-ya istinadən xəbər verir ki, bu barədə aktyor özünün “Twitter” səhifəsində bəyan edib.

“Rita ilə Avstraliyada olanda xəstəliyi hiss etdik. Soyuqlamışdıq, həm də çox yorğun idik, bədənimiz də ağrayırdı. Koronavirusla bağlı analiz verdik və cavab müsbət oldu”.

Aktyor onu da əlavə edib ki, həyat yoldaşı ilə həkim nəzatərində olacaq və bir müddət karantində olacaqlar. 

Qeyd edək ki, koronavirus infeksiyası 121 ölkədə qeydə alınıb.

Afaq Mirayiq