Qarabağ Azadlıq Təşkilatının üzvü VƏFAT ETDİ
    • 12-03-2020, 10:22
    • 551

Qarabağ Azadlıq Təşkilatının üzvü VƏFAT ETDİ

SSRİ məkanının ilk dissidentlərindən olan Nadir Mirələkbər oğlu Ağayev 82 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, 18 il sovet həbsxanaları, sürgünlər, ruhi xəstəxanalar və digər mərhumiyyətlərdən keçən dəhşətli həyat yaşamış Nadir Ağayev dünən vəfat edib. 

Qeyd edək ki, sınmaz iradəsi ilə məşhur olan Nadir Ağayev 1988-ci ildə azadlığa çıxıb. O, dünyanın ən müxtəlif sovet dissidenti siyahılarında yer alan yeganə azərbaycanlıdır. Nadir Ağayev xalq hərəkatı dövründə də mübarizənin ön sıralarında olub.

Son illərdə isə o, Qarabağ Azadlıq Təşkilatının Ağsaqqallar Şurasının üzvü kimi fəaliyyət göstərib. 

Qeyd edək ki, Nadir Ağayev 1938-ci il martın 13-də Salyan şəhərində anadan olub. Sabah onun 82 yaşı tamam olacaqdı.

Allah rəhmət eləsin!