Şamaxı sakini kirayə qaldığı evdən QIZIL OĞURLADI
    • 12-03-2020, 10:42
    • 882

Şamaxı sakini kirayə qaldığı evdən QIZIL OĞURLADI

Ötən ilin dekabr ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın evindən qızıl-zinət əşyalarının və bank kartının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 27 yaşlı Asif Mustafayev saxlanılıb.

O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, həmin oğurluğu  Şəkidə qadının evində kirayə qaldığı zaman etdiyini, daha sonra oğurladığı qızılları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.