-
- 12-03-2020, 20:01
- 819
Baş Prokurorluq və DİN-dən “WhatsApp”da səs yayanlara XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə koronavirus xəstəliyi ilə mübarizədə insanlarda təşviş və çaşqınlıq yaradan şəxslərə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, bu barədə iki qurumun birgə yaydığı məlumatda bildirilir.
"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı, onların müalicəsi və s. barədə ictimaiyyət mütəmadi məlumatlandırılır.
Lakin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə koronavirus xəstəliyi ilə mübarizədə insanlarda təşviş və çaşqınlıq yarada biləcək tədbirlərin görülməsi haqda müxtəlif şayiələr yayılır.