Azərbaycanlı prodüser canlı yayımda yazara hücum etdi - VİDEO
    • 15-09-2018, 16:02
    • 1 027

Azərbaycanlı prodüser canlı yayımda yazara hücum etdi - VİDEO

ARB TV-də Rövşanə Bektaşinin aparıcılığı ilə yayımlanan “Düz bazar” proqramının yeni sezonunun ilk buraxılışı qalmaqalsız ötüşməyib.

Proqrama qonaq olan prodüser Anar Mədətovla, yazar Qan Tural arasında mübahisə baş verib.

Prodüser A. Mədətov şou-biznesdə yaşanan qalmaqallar haqda fikir bildirərkən, onunla razılaşmayan Q.Tural iradını bildirib. Bundan əsəbiləşən prodüser Qan Turalının üzərinə hücum çəkib.

Mübahisədən sonra ara sakitləşdirilib və proqram qaldığı yerdən davam edib.