Təranə və Musa bir-birinə "Yarim" deyib, fars mahnısını elə oxudular ki... - AUDİO
    • 13-03-2020, 16:18
    • 1 241

Təranə və Musa bir-birinə "Yarim" deyib, fars mahnısını elə oxudular ki... - AUDİO

Tanınmış cütlük Təranə Qumral və Musa Musayev yeni mahnısını təqdim ediblər.

News24.az xəbər verir ki, fars mahnısı olan bəstəyə sözləri gənc meyxanaçı Vüsal Söz yazıb, aranjimanını isə İlkin Valehoğlu edib. Tərəanə Qumral ərsəyə gələn işdən olduqca məmnun qaldığını bildirib: "Mahnı "YouTube"də tez-tez rastıma çıxırdı. Dinlədim və bəyəndim, oxumaq qərarına gəldim. Fars ifaçısı bunu tək ifa etsə də, biz Musa ilə bunu duet şəklində oxuduq. Bu musiqini oxumaqda digər bir səbəbi isə, fars mahnılarının Musanın səsinə çox gözəl düşməsidir. Bəstədə "mənim yarim" sözü tez-tez işləndiyinə görə, elə mahnının adını da ona uyğun olaraq "Yarim" deyə qoyduq".

T.Qumral bildirib ki, sevənlərini qarşıda yeni mahnılar və klip gözləyir: "Son zamanlar yeni mahnılar üzərində işləyirik. Bu minvalla davam edib klip çəkdirməyi də düşünürük. Yaz fəsli gəldiyinə görə, ekran işində də bunu əks etdirməyə çalışacağıq". Müğənni son zamanlar səhnə faəliyyətində olan aktivlikdən də söz açıb: "Biz hər ildə 4-5 mahnı ifa edirik. Buraya nəinki, Azərbaycan bəstəkarlarının mahnısı, hətta əcnəbi sənətçilərin mahnısı da daxildir. Bir çox mahnılarımız var ki, onları da yeni aranjimanda təqdim edəcəyik".