Azərbaycanda əllərini itirmiş şəxsdən ata və qızına qarşı CİNAYƏT
    • 14-03-2020, 20:32
    • 1 002

Azərbaycanda əllərini itirmiş şəxsdən ata və qızına qarşı CİNAYƏT

Zaqatalada ata və qızına qarşı xuliqanlıq etmiş şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib.


News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü, yəni, xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda maddəsi ilə ittiham edilərək təqsirli bilinmiş Bəşirov Vüsal Vahid oğlu barəsindəki  hökmün dəyişdirilməsi v işin yenidən araşdırılması tələb edilib. Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, Vüsal Bəşirov həmyerlisi Ə.Əlizadə və onun qızı P.Əlizadəyə qarşı xuliqanlıq əməlində təqsirli bilinərək məhkum edilib.


V.Bəşirov 2015-ci ildə rayonda bir qrup şəxs tərəfindən dini rituallarla cəzalandırılıb və onun hər iki əli biləkdən kəsilib. Gənc oğlanın əllərini balta ilə kəsən şəxslər daha sonra tutulub.


Onun xuliqanlıq etdiyi Ə.Əlizadənin oğlu isə 2018-ci ildə İstanbulda müəmmalı şəkildə intihar edib. 14 gün müddətində R. Əlizadə ilə maraqlanan olmadığı üçün o, kimsəsizlər qəbiristanlığında dəfn edilib.