Abşeronda qadına qarşı İYRƏNC HƏRƏKƏT
    • 20-06-2019, 15:17
    • 905

Abşeronda qadına qarşı İYRƏNC HƏRƏKƏT

Abşeron rayonunda xuliqanlıq hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, Məmmədov Qiyas Fərman oğlunun Mülayim Nüsrətovaya xəsarət yetirməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü, yəni xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda maddəsi ilə iş açılıb.

Artıq iş üzrə ibtidai istintaq yekunlaşdırılıb və cinayət işi Abşeron Rayon Məhkəməsinə göndərilib.