-
- 31-01-2020, 11:57
- 1 024
Bakıda qadın bir ailənin 3 üzvünə qarşı xuliqanlıq etdi – CİNAYƏT İŞİ
Bakı şəhər Nərimanov rayonunda qadın tərəfindən törədilmiş dava-dalaşa görə cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Nərimanov Rayon Polis İdarəsində rayon sakini A.Mehdiyeva barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü, yəni, xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda maddəsi ilə iş açılıb. İş üzrə bir ailənin üzvü olan 2 qadın və 1 kişi zərərçəkmiş şəxs qismində tanınıb.
Məlumata görə, A.Mehdiyeva A.Həsənov, onun xanımı İ.Həsənova və qızı L.Həsənovaya dava-dalaş zamanı hücum edərək xəsarətlər yetirib.
Artıq cinayət ii üzrə məhkəmə prosesinin vaxtı da məlum olub. İşə Nərimanov Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq və hazırlıq iclası 10 fevralda keçiriləcək.