Xalq artisti Mübariz Mənsimova DƏSTƏK OLDU - FOTOLAR
    • 16-03-2020, 11:35
    • 1 200

Xalq artisti Mübariz Mənsimova DƏSTƏK OLDU - FOTOLAR

Xalq artisti Brilliant Dadaşova martın 15-də İstanbulda saxlanılan iş adamı Mübariz Mənsimova dəstək olub.

News24.az 
xəbər verir ki, ifaçı bununla bağlı "İnstagram"dapaylaşım edib: "Əziz dostlar. Mübariz Mənsimov hər zaman Ulu Öndərimizi, dövlətçiliyimizi, ölkəmizi, sadə vətəndaşlarımızı dəstəkləyən Azərbaycan oğludur! Onsuz da bizim hökümətimiz bacardığca ona dəstək olacaq. Sadəcə, mənə maraqlıdır Türk dövlətində Mübarizlə çörək kəsən ve hər balaca olay üçün səsini yüksəlden sənətçilər nədən susdular? Öz Dövlət Başçılarına nədən müraciət etmədilər? Sibel Can, Demet Akalın, Gülşən və sairə. Bu rəsimlər Mübariz qardaşımızın İstanbulda təşkil etdiyi bir toplantıda telefonla çəkildiyi üçün aydın çıxmasa da, Ulu Öndərimizin rəsmini orda görüb qürur duymuşdum".

Sevda Bayramova