-
- 16-03-2020, 11:56
- 733
Agentlik sədrinin vətəndaşlarla görüşü TƏXİRƏ SALINDI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun Yevlax rayonunda, İdarə Heyəti sədrinin müavini Hüsnü Quliyevin isə Zərdabda planlaşdırılan vətəndaşların qəbulu təxirə salınıb.
Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Xəbərə görə, koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı açıqlanan qaydalara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun martın 17-də Yevlax rayonunda (Yevlax və Ucar sakinləri üçün), İdarə Heyəti sədrinin müavini Hüsnü Quliyevin isə Zərdab rayonunda planlaşdırılan vətəndaşların qəbulu qeyri-müəyyən vaxtadək təxirə salınıb.