-
- 16-03-2020, 16:13
- 856
AzTU distant təhsil texnologiyalarından istifadəni genişləndirir
Azərbaycan Texniki Universitetinin (AzTU) elektron təhsil sistemi distant texnologiyaları əsasında dərslərin əksəriyyətinin keçirilməsinə imkan verir.
Universitetin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bununla əlaqələr AzTU-nun dekanları və kafedra müdirlərinin iştirakı ilə iclas keçirilib. İclasda bu texnologiyalardan maksimum istifadə edilməsi onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, hər bir tələbə öz kabinetinə daxil olaraq fənnlər üzrə elektron təhsil materialları ilə (mühazirə konspektləri, məşğələ materialları, kurs işi və kurs layihələri yerinə yetirmək üçün tədris vəsaitləri, video dərslər, animasiyalar və s.) tanış ola bilər.
Eyni zamanda müəllim və tələbələr mövcud dərs qrafiklərinə uyğun olaraq elektron təhsil sisteminin forum bölməsinə daxil olub onlayn sual-cavabda iştirak edə bilər.