AZAL-dan ləğv olunmuş reyslərin biletləri ilə bağlı -Açıqlama
    • 16-03-2020, 22:28
    • 911

AZAL-dan ləğv olunmuş reyslərin biletləri ilə bağlı -Açıqlama

Qlobal pandemiya hesab olunan koranavirus səbəbindən ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb ödənişi geri almaq mümkündür. 

News24.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Hava Yolları” yayıb. 

Bildirilib ki, sərnişinlərə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət verilir:

“Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik”.