Bakıda avtobusa it mindirdilər - VİDEO
    • 8-07-2018, 21:28
    • 855

Bakıda avtobusa it mindirdilər - VİDEO

Sərnişinlərdən biri avtobusa it mindirib. Digər bir sərnişin isə bu anı videoya çəkib. Bu görüntülər paytaxtda sərnişin daşıma ilə məşğul olan avtobusların birində lentə alınıb.

Kadrlardan aydın olur ki, avtobusa böyük bir it mindirilib. Üstəlik təhlükəsizlik qaydalarına əməl edilmədən.

Bu görüntülər bir daha avtobuslara ev heyvanlarının daşınma məsələsini gündəmə gətirib.Sərnişinlərin münasibəti buna bir mənalıdır. Onlar bu cür hərəkətin təhlükəli olduğunu bildirirlər.

Sürücülərin əksəri isə belə hallara yol vermədiklərini deyirlər. Sürücülər bəzi hallarda bunun mübahisə ilə nəticələndiyini də deyirlər.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə deyir ki, bu məsələ qanunvericilikdə öz əksini tapıb. Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən, ev heyvanının bu şəkildə daşınması qadağandır.

İnzibati xətalar məcəlləsinə görə, bu qaydaları pozan şəxslər 40 manat məbləğində cərimə edilə bilər.

Ekspert bu qanunvericiliyin təcrübədə az tətbiq edildiyini də bildirib.

\\Xəzər Xəbər