Bakıda mağazadan 12 minlik OĞURLUQ EDİLDİ
    • 17-03-2020, 12:47
    • 732

Bakıda mağazadan 12 minlik OĞURLUQ EDİLDİ

Bakıda mağazadan 12 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki mağazaların birindən 11.450 manat dəyərində noutbuk, parfümeriya, çantalar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Sultanov və R.Ağarəşidov saxlanılıblar.

Araşdırma aparılır.