Bakıda mağazadan qızıl OĞURLANDI
    • 7-09-2019, 13:08
    • 986

Bakıda mağazadan qızıl OĞURLANDI

Bakıda mağazadan qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumatına görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki mağazaların birinin vitrinindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Aslanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.